Kateqoriyasız

Muarem Muarem üçün yeni baş məşqçi

Türkiyə Superliqasında mübarizə aparan “Əskişəhərspor”un baş məşqçisi İsmail Kartal tutduğu vəzifədən istefa verib.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın sabiq futbolçusu Muarem Muaremin də yer aldığı komandaya “Elazığzspor”dan ayrılan Bayram Bektaşın gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, baş məşqçi postuna həmçinin Məsut Bakkalın da adı çəkilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43