Milli komanda

“Müasir futbolda hər şey mümkündü” – Mahir Emreli

“Bizi qarşıda ağır oyunlar gözləyir. Milli komandanın formasını geyinmək hər zaman qürurvericidir. Hər bir futbolçu milli komandada çıxış etmək istəyir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Mahir Emreli deyib.

O, millinin DÇ-2022-dəki seçmə oyunlarına toxunarkən daha sonra sözlərinə belə davam edib:

“İstər Lüksemburq, istər Portuqaliya, istərsə də İrlandiya oyunları biri-birindən ağır olacaq. Portuqaliya bütün turnirlərdə olduğu kimi favoritdi. Həmişə demişəm, müasir futbolda hər şey mümkündür. İnanıram ki, bu 3 oyunda azarkeşlərimizi sevindirə biləcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43