Kateqoriyasız

Mübariz Mənsimov xəstəxanaya yerləşdirildi

“Xəzər Lənkəran”ın keçmiş prezidenti, tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov xəstəxanaya yerləşdirilib.

İdmanxeber.az-ın məlumatına görə,  iş adamının səhhətində ciddi problem yaranıb və dünən axşam İstanbulda xəstəxanalardan birinə aparılıb.

Mənsimov bir neçə gün əvvəl əməliyyat olunub.

Mübariz Mənsimovun vəziyyəti ilə bağlı “Palmali” Şirkətlər Qrupu ilə əlaqə saxlasaq da, bu barədə açıqlama verməkdən imtina ediblər (Qafqazinfo).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43