İdman

Mundialda ilk finalçı – Futzal

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib.

Qol.az-ın məlumatına görə, yarımfinal mərhələsinin ilk oyununda İran və Rusiya milliləri qarşılaşıb. Bu oyunda 4:3 hesabı ilə qalib gələn Rusiya həlledici görüşə vəsiqə qazanıb.

Qeyd edək ki, digər finalçı bu gecə keçiriləcək Argentina – Portuqaliya matçından sonra müəyyənləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43