Ölkə futbolu

Mustafa Dənizlinin biabırçı qərarına baxın və qərar verin: Avrokuboklarsız kef – ÖZƏL FOTOLAR

“Xəzər Lənkəran”da Mustafa Dənizli müəmmasının davam etdiyi bir vaxtda maraqlı bir foto əldə etmişik.

İdmanxeber.com-un məlumatına görə, böyük ümidlərlə Lənkəran klubuna gətirilən türkiyəli mütəxəssis sən demə hər şeydən öncə futbolçuların qidalanmasına xüsusi diqqət yetirirmiş. Təbii ki, burada qeyri-adi bir şey yoxdu. Ancaq sizə indi təqdim edəcəyimiz fotolar da isə futbolçuların qidalanmasını oteldə, klub bazasında deyil, paltardəyişmə otağındadı. Belə ki, Dənizli futbolçuların matçdan sonra qidalanmasını bir başa paltardəyişmə otağında reallaşmasını tələb edib. 

Adətən futbolçulara paltardəyişmə otağında meyvə verilir ki, müvəqqəti gücün bərpası olsun. Bundan sonra isə otel və ya klub bazasında yemək. Lakin Dənizlinin bu anormal qərarı ilə lüt, çimməkdə olan və ya soyunan futbolçular bax beləcə yemək keyfini çıxardırlar.

“Xəzər Lənkəran”da bu hal sadəcə səfər matçlarında müşahidə edilir. Aşağıdakı fotolar isə “Bakı” ilə 30-cu turun səfər (2:2) matçındandı.

Baxın və qərar verin. 




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43