Kateqoriyasız

“Mxitaryan yalnız tanınmış futbolçu olmağı bacarıb, amma təəssüf ki, idmançı ola bilməyib”

“Turan”ın sabiq baş məşqçisi Naci Şensoy “Arsenal”ın Henrik Mxitaryanı Bakıya gətirməməsi ilə bağlı söz-söhbətlərə münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, türkiyəli mütəxəssis Mxitaryanı tənqid edib:

“Avropa Liqasının final oyunu mayın 29-da Azərbaycanın paytaxtı Bakıda keçiriləcək və “Arsenal” erməni futbolçusu Henrik Mxitaryanı səfərə aparmamaq qərarına gəlib. Deməli, Mxitaryan yalnız tanınmış futbolçu olmağı bacarıb, amma təəssüf ki, İDMANÇI ola bilməyib. Ya da Mxitaryanı belə bir qərara məcbur edənlər və bunu düzgün hesab edənlər Azərbaycan millətinin şairanə ruhunu və türk qonaqpərvərliyini hələ qavramayıblar. Üzülməkdən başqa nə edə bilərik?”

Qeyd edək ki, Naci Şensoy 2002-2003, 2004-2005 və 2012-ci ildə “Turan”a rəhbərlik edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43