Dünya futbolu

“Nəticəni qəbul etmək çox çətindir” – Yurgen Klopp

“Liverpul” Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə “Napoli”yə 4:1 hesabı ilə məğlub olub.

İdmanxeber.az-ın məlumatına görə, görüşün ardından “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp məğlubiyəti şərh edib:

“Nəticəni qəbul etmək etmək çox çətindir. “Napoli” bizdən yaxşı oynadı və qalib gəldi. Biz isə bunu bacarmadıq. Qolların birini penaltidən vurdular, bunu başa düşdük. Digər ikisini isə özümüz hədiyyə etdik. Daha yaxşı müdafiə olunmalıyıq. Nə hücumda, nə də arxada heç nə edə bilmədik. Komandada olan əvvəlki pressinqi artıq görmürəm. Hər şey göz qabağındadır. Açığı, niyə belə olur bilmirəm. Nəticə ağırdır, ancaq qəbul etməliyik”.

Qeyd edək ki, qrupun digər oyununda “Ayaks”  “Reyncers”i 4:0 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43