Ölkə futbolu

Naxçıvan “Araz”ının yeni fan-klubu haqda hər şey ilk dəfə bizdə

Öncədən də xəbər verdiyimiz kimi Naxçıvanın "Araz" klubunun yeni fan-klubu yaradılıb.

Birinci divizionda mübarizə aparacaq "Araz"ın yeni yaradılan fan-klubunun adı "Babək" olacaq.

Bu barədə idmanxeber.com-a fan-klubun rəhbəri Siyabov Orxan məlumat verib. O, fan-klubun məqsədlərindən danışıb:

"Yeni fan-klubumuzun 6 idarə heyəti var. Bu fan-klubu Hümmbətov Eldənizlə birgə yaratdıq. 100 azarkeş artıq fan-kluba üzv olub. Bu fan-klubu yaradılmasında Ceyhun Əzizlinin köməyi böyük oldu. Biz onun praktikasından yararlanıb bu fan-klubu açdıq. Onun bizə böyük köməyi dəydi. Buna görə də biz Ceyhuna təşəkkür edirik".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43