Kateqoriyasız

Nazarov oynadı, komandası qələbə qazandı

Almaniya ikinci Bundesliqasında 18-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” doğma meydanda “Qroyter Fyurt” ilə qarşılaşıb.

Qarşılaşma Nazarovun komandasının minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.

Futbolçumuz bu görüşün 65-ci dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, “Karlsrue” hazırda 22 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43