Dünya futbolu

Nazarov qol vurdu, komandası qalib gəldi

Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” Almaniya III Bundesliqasında 19-cu tur oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda doğma meydanda “Bayroyt”a qarşı 4:0 hesabı ilə qalib gəlib.

Nazarov start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. O, 76-cı dəqiqədə komandasının 4-cü qolunun müəllifi olub. Nazarov bu mövsüm liqada 3-cü qolunu vurub.

“Erzgebirge” hazırda 20 xalla 20 komanda arasında 14-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43