Ölkə futbolu

Nazim Süleymanov “Neftçi” və “Qarabağ”ın tur şanslarını dəyərləndirdi – AÇIQLAMA

“Neftçi”nin sabiq baş məşqçisi Nazim Süleymanov Avropa Liqasının pley-off mərhələsində avqustun 21-də meydana çıxacaq “Qarabağ” və “Neftçi”nin tur şanslarını dəyərləındirib.

Hazırda işsiz olan mütəxəssis idmanxeber.com-a açıqlamasında hər iki komandasmızın tur adalıamaq gücündə olduğunu bildirib:

“Həm “Neftçi”, həm də “Qarabağ” mərhələ adlaya biləcək gücdədi. “Qarabağ”ın rəqibi “Tvente”ni çox da böyütmək lazım deyil. Düzdü, rəqibə hörmət eləmək, oyunlarını yaxşı analiz etmək lazımdı. Amma çəkinmək qətiyyən… Dünya çempionatı bir daha göstərdi ki, istənilən rəqibə qarşı oynamaq olar. İnanıram ki, hər iki komandamız qrup mərhələsinə vəsiqə qazanmaqla bizləri sevindirər. Bundan əlavə qaznılacaq heç-heçə və ya qələbələr ölkə reytinqimizə də xeyir verəcək. Ona görə, bütün bu amilləri nəzərə alıb özümüzə güvənməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43