Kateqoriyasız

İntizam Komitəsi açıqladı: Orxan Sadıqlı cəzalandırıldı

İntizam Komitəsinin bu gün iclas keçirib.

İdmanxeber.com-un məlumatına görə, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

Topaz Premyer Liqasının II turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçının 38-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 1 №-li futbolçusu Orxan Sadıqlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.

Əvəzedici heyətlərin II turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçının 79-cu dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 2500 manat cərimə olunub.

“Simurq” – AZAL matçında “Simurq” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

“Qəbələ” – “Araz Naxçıvan” matçının 90+1-ci dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu Luis Paulo Hilario rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43