Ölkə futbolu

“Neftçi” bizdən üstün oynamadı”

Azərbaycan Premyer Liqasının XXIV turunda “Neftçi” səfərdə “Sumqayıt” üzərində 1-0 hesablı qələbə qazandı.

Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “Sumqayıtda oynamaq həmişə çətin olur. Bu gün də çətinliklə üzləşdik. Buna baxmayaraq, futbolçular sona qədər döyüşdülər. 3 xalı qazandığımız üçün şadam. Bir neçə matçdır ki, süni meydançalarda oynayırıq.  Ağırdı. Lakin gec də olsa, qol vurduq. Biz öz oyunlarımızı oynamalı və mübarizə aparmalıyıq.

Nforun zədəsi var. Futbolçu sabahdan etibarən məşqlərə başlayacaq. Hazırda “Neftçi”də rəqabət mövcuddur. Futbolçuların hər birinə şans vermək niyyətindəyik”.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm. Oyun barədə onu deyə bilərəm ki, öz səhvimizdən uduzduq. Məncə, “Neftçi” bizdən üstün oynamadı. Bərabərsəviyyəli oyun izlədik. Sadəcə, “Neftçi” bir səhvdən yararlanıb, qol vurdu. Orxan Əliyevin formada olmadığını demək düzgün olmaz. Sadəcə, düzgün futbol oynamır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43