Ölkə futbolu

“İnter” – “Simurq”: Məşqçi fikirləri

Topaz Premyer Liqasının XXIV turu “İnter” üçün uğurlu alındı. Paytaxt klubu “İnter Arena”da “Simurq”u 2-1 hesabı ilə üstələdi.

Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “Bu oyunda üç xal qazanmaq çox vacib idi. “Simurq”a qarşı oynamaq çox çətindir. Rəqib qapanmağı bacaran bir komandadır. Buna baxmayaraq, qol vurmağı bacardıq və oyunun gedişini nəzarətdə saxlayırdıq. Son dəqiqələrdə konsentrasiyanı itirdik və heç nədən qol buraxdıq. Amma futbolçulardan məmnunam və onlara təşəkkür etmək istəyirəm. Qarşıda bizi çətin oyunlar gözləyir. Tez bir zamanda bərpa olunub, mübarizəni həm kubokda, həm çempionatda davam etdirməliyik”.

George Çixradze (“Simurq”un baş məşqçisi): “Oyun çox çətin keçdi. Hücumlara atılırdıq, amma çox təəssüf, bu məntiqli sonucla nəticələnmirdi. Müdafiədə kobud səhvlər buraxdıq və bu da oyunun nəticəsinə təsir etdi. Səhvlərin üzərində çalışmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43