Kateqoriyasız

“Neftçi” – “Bney Yehuda” oyunlarının vaxtı açıqlandı

“Arsenal”ı məğlub etməklə Avropa Liqasında üçüncü təsnifat mərhələsinə yüksələn “Neftçi” İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasındakı ilk oyun avqustun 8-də “Bakcell Arena”da, cavab matçı isə ayın 15-də Tel-Əvivdə baş tutacaq.

Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43