Kateqoriyasız

“Neftçi” braziliyalı hücumçu ilə ANLAŞDI – ÖZƏL

“Neftçi” uzun müddətdi axtardığı hücumçunu tapa bilib.

İdmanxeber.az-ın əldə etdiyi özəl məlumata görə, paytaxt təmsilçisi braziliyalı hücumçu – Ramon Maçado de Machedo ilə anlaşıb.

30 yaşlı forvardla danışıqlar müsbət yekunlaşıb. Onun yaxın günlərdə “Neftçi” ilə müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, karyerasının böyk hissəsini Braziliyalı klublarında oynamış hücumçu son olaraq “Qremio”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43