27 Noyabr 2021
Dünya futbolu

“Neftçi” çexiyalı futbolçu ilə yollarını ayırdı

“Neftçi”nin çexiyalı futbolçusu Zdenek Folprext komandadan ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, klub qış fasiləsində “Slovan”dan icarəyə götürdüyü futbolçunun transfer hüququna yiyələnə bilməyib. Bu səbəbdən futbolçu komandadan ayrılıb. Lakin “ağ-qaralar” ondan əl çəkmək niyyətində deyil. Komanda futbolçunu transfer etmək üçün yenidən Çexiya klubuna təklif göndərəcək.

Qeyd edək ki, “Neftçi” Cavid İmamverdiyev, Jairo Rodriges, Maksim Vaylo, Kamal Qurbanov və Murad Ağayevlə də yolları ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Şehiç “Beşiktaş”la oyundan sonra rəmzi heyətə düşüb -FOTO

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

Premyer Liqada ötən ayın ən yaxşısı seçildi

admin