Ölkə futbolu

“Neftçi” – “Çixura” matçına nə qədər bilet satılıb?

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Çixura” oyunu üçün hazırlanan biletlər satışa çıxarılıb.

İdmanxeber.com-un məlumatına görə, iyulun 31-də baş tutacaq oyunlar üçün satışa çıxarılan biletlər 1 manatdan başlayır.

VİP biletlər 10 azn-di. “Neftçi” oyun üçün 8500 bilet sifariş edib. VİP bilet alanlara klubun şərfi və köynəyi hədiyyə olunacaq.

Artıq satışa çıxarılan biletlərin 2 mindən çoxu satılıb.

Qeyd edək ki, iyulun 31-də baş tutacaq oyun saat 21:00-da başlayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43