Kateqoriyasız

“Qarabağ” – “Zalsburq” matçında anşlaq olacaq

UEFA Çempionlar Liqasının III təsnifta mərəhləsinin ilk görüşləri çərçivəsində iyulun 30-da Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Zalsburq” oyunu üçün satışa çıxarılan biletlər hər gün sürətlə staılır.

İdmanxeber.com-un məlumatına görə, qitənin ən nüfuzlu klub turniri matçı üçün satışa çıxarılan biletlərin artıq 15 mini satılıb.

Oyun günü isə bütün biletlərin satılıb qurtaracağı bildirilir. 

Respublika stadionunda keçiriləcək və saat 20:30-da başlayacaq matçda anşlaq olacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43