İdman

“Neftçi” daha bir legionerinə qapının yerini göstərdi – RƏSMİ

“Neftçi” futbolçusu Edson Kastilyo ilə yolları ayırıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, venesuelalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Kastilyo son 5 ayı icarə əsasında Venesuelanın “Mineros Quayana” klubunda keçirmişdi.

Xatırladaq ki, “Neftçi” komandada icarə əsasında çıxış edən Pavel Dreksa ilə də yolları ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43