27 Noyabr 2021
Kateqoriyasız

“Neftçi” hara, Avropa hara”

“İctimai Televiziya” yeni mövsümündə “3D” adlı layihəyə start verib.

Verilişin budəfəki qonağı “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev olub. Dadaş adlı robort aparıcı isə onu “Qarabağ”ın rəsmisi hesab edərək,  “Qarabağ”la bağlı sual ünvanlayıb:

– “Qarabağ”ın Müşahidə Şurasının Sədri kimi “Qarabağ” – “Sevilya” oyunundan nə gözləyirsiniz?

-“Mən “Neftçi”nin Müşahidə Şurasının sədriyəm, “Qarabağ”ın yox. Təbii, istəyərdim, “Qarabağ” da udsun.

– 1 dəqiqə mən köməkçimlə dəqiqləşdirim. 

Luba, mən sənə demişdim ki, “Qarabağ”dan kimisə çağır. Çingiz müəllimi niyə narahat etmisən?

Köməkçi xanım isə cavabında “Neftçi”nin Avropada oynamamasını satirik gülüşə çevirib:

“Dadaş müəllim, “Qarabağ”ın sabah vacib oyunu var. Avropa Liqasında oynayır. “Neftçi” də boş idi də. “Neftçi” hara, Avropa hara e, Dadaş müəllim. Futbol futboldur da. Fərqi nədir e?”.

Qeyd edək ki, “Neftçi” cari mövsüm Avropa Liqasının 3-cü təsnifat mərəhələsində İsrailin “Bney Yehuda” klubu tərəfindən mübarizədən kənarlaşdırılıb.

Ağdam təmsilçisi isə hazırda yoluna Avropa Liqasının qrup mərhələsində davam edir. Ölkəmizin bu turnirdəki yeganə təmsilçisi bu gün saat 20:55-də, Tofiq Bəhramov adına Respublika stadionunda “Sevilya” ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Əliyar Ağayevə mühim təyinat

admin

Qalmaqal: “Sabah”ın futbolçusu hakimi vurmaq istədi

admin

“Roma”nın futbolçusu koronavirusa yoluxdu

admin