Kateqoriyasız

“Qarabağ”la oyunda məğlubiyyət gözləyirəm”

“Bir gün “Sevilya”ya qarşı çıxış edəcəyimi təsəvvür etməzdim. Amma indi bu, gerçək oldu. Futbol gülməli hekayələr yazır. Bu dəfəki rəqibimiz “Betis” yox, “Sevilya”dır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Düdelanj”ın futbolçusu Dominik Stolz deyib.

Avropa Liqasının A qrupunda “Sevilya”, APOEL və “Qarabağ”la  eyni qrupda yer alan komandanın alman yarımmüdafiəçisi daha sonra bildirib:

“Bu qrupdan çıxacağımızı düşünən insanlar var. Məncə, bu, bir az çoxdur. Azərbaycanlılar və kiprlilərlə duellərdə 0:2 hesablı məğlubiyyət gözləyirəm. Mən “Ayntraxt”, “Mançester Yunayted” və “Espanyol”la bir qrupa düşməyi istəyərdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43