İdman

“Neftçi” Kamran Ağayevdən əl çəkmir

“Neftçi” Kamran Ağayevi transfer etməkdə israrlıdı.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, millimizin qapıçısı hazırda “Boavişta”nın düşərgəsində olsa da, Portu təmsilçisinin razılıq cavabı ilə Bakıya gələ bilər. Belə ki, “ağ-qaralar” Portuqaliya klubuna təklif göndərib. Kamran Ağayevin də “Neftçi”yə keçmək istədiyini nəzərə alsaq qalır “Boavişta”nın qərarı. 

Hər iki klub arasında danışıqlar hələ də davam edir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43