Kateqoriyasız

“Neftçi” mərc oyunları səbəbindən məşqçisi ilə vidalaşdı

“Neftçi” PFK-nın Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi Hüseyn Məhəmmədovla 01.06.2015-ci il tarixində bağlanmış xidməti müqaviləyə, məşqçinin mərc oyunlarında iştirakı səbəbindən xitam verilib. 

İdmanxeber.com-un məlumatına görə, bu haqda klubun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov açıqlama verib.

Klub rəsmisinin sosial şəbəkədə yaydığı açıqlamada deyilir: “Müqavilədə klubdaxili qaydalara əsasən mərc oyunlarında iştirak etməmək haqqında bənd yer alıb və təbii olaraq məşqçi bunu nəzərə almalı idi. Məşqçinin oyunlara pul qoyuluşu etməsi ilə bağlı fakt təsdiqini tapan kimi onunla yollar ayrılıb. Bununla əlaqədar olaraq Hüseyn Məhəmmədov kluba çağırılıb və ona məlumat verilib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43