Kateqoriyasız

“Neftçi” – “Qəbələ” matçının vaxtı dəyişdirildi

“Neftçi”nin “Qəbələ” ilə keçirəcəyi sınaq matçının vaxtı dəyişdirilib.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 14-də deyil, 13-də oynanılacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu ayın 14-15-də yaşayış yerini tərk etməklə bağlı qadağa qoyması buna səbəb olub. “Bakcell Arena”da keçiriləcək yoxlama görüşü saat 19:00-da başlanacaq.

Qeyd edək ki, “Neftçi” hazırlıq çərçivəsindəki ilk sınaq oyununda dünən “Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43