Ölkə futbolu

“Neftçi” “Qəbələ” üçün başladı

“Neftçi” məşqləri bərpa edib.

Topaz Premyer Liqasının 7-ci turunda “Sabah” üzərində qələbədən (2:0) sonra üç günlük fasiləyə buraxılan komanda bu gün öz bazasında məşqə çıxıb. Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.

“Neftçi” Topaz Premyer Liqasında növbəti oyununu oktyabrın 20-də keçirəcək. Komanda həmin gün 8-ci tur çərçivəsində “Qəbələ”nin qonağı olacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43