Milli komanda

Qurban Qurbanov: “Görünən odur ki, qələbədən başqa heçnə gözlənilmir”

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin növbəti oyunu üçün bu gün Farer adaları səfərinə yola düşüb. Milli komandamızın baş məşqçisi Qurban Qurbanov səfər öncəsi jurnalistlərlə brifinq keçirərək oyun barəsində fikirlərini bölüşüb:

“Yolun uzaq olması bizim üçün böyük problem yaradacaq. Ancaq bellər hallar ilk dəfə deyilki yaşanır. Görünən odur ki, qələbədən başqa heçnə gözlənilmir. Belə olduqda təbii ki, oyunçularımın üstündə əlavə təzyiq yaranır.

Rüfət Dadaşov komandaya yeni qoşulan futbolçulardandır. O da hər kəs kimi özünü yaxşı tərəfdən göstərmək istəyəcək. İstədiyimiz qədər məşq edə bilməməyimiz kimin nəyə qadir olduğunu görməyimizə mane olur. Ancaq hiss olunur ki, oyunçu milliyə dəvət aldığı üçün çox xoşbəxtdir.

Cavid Hüseynovun dəvət edilməməsi normaldır. Mən dəfələrlə demişəm ki, hər toplanışda fərqli oyunçular görə bilərik. Çünki biz bütün oyunçuların durmunu yaxından izləyib, qərarı sonda veririk”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43