Kateqoriyasız

“Neftçi” – “Qalatasaray” matçına hakim təyinatları açıqlandı

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu üçün hakim təyinatları müəyyənləşib.

İdmanxeber-ın məlumatına görə, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Kevin Klensiyə Devid MakGişi və Qrem Stüart yan xətt, Euan Anderson isə dördüncü hakim qismində kömək edəcək. UEFA nümayəndəsi ukraynalı Svetlana Şkil, hakim-inspektor isə albaniyalı Sokol Jaresi olacaq.

Qeyd edək ki, senyabrın 17-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43