19 Oktyabr 2020
Premyer Liqa

“Neftçi” qələbəni unutmuş “Sumqayıt”a uduzdu

“Sumqayıt”ın Topaz Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası başa çatıb. 

İdmanxeber.com-un məlumatına görə, ardıcıl 19 oyundur qələbə qazana bilməyən Aqil Məmmədovun yetirmələri 23-cü turda “Neftçi”ni 2:0 hesabı ilə məğlub etməklə uğursuz seriyaya son qoyub.

“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə 3-cü turda qalib gəlmişdi. 2013-cü il avqustun 19-da öz meydanında “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edən “Sumqayıt” 19 matçlıq qələbə həsrətinə 188 gündən sonra son qoydu.

Qeyd edək ki, Azərbaycan çempionatlar tarixində ən uzun qələbəsiz oyunlar seriyaları “Şəfa”, “Bakı” (hər ikisi 32), “Energetik” (28) və “Göyəzən”ə (27) məxsusdur.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qəbələ” – “Qarabağ” matçının başlama saatı açıqlandı

admin

“Qarabağ” – “Neftçi” və “Zirə” – AZAL matçını necə izləyək?

admin

Lənkəran və Zaqatala stadionlarının son durumu bizdə: Hazırıq dedilər! – AÇIQLAMA

admin