27 Noyabr 2020
Ölkə futbolu

Xorvatiyalı futbolçu “Şəfa”da fərqləndi, “Bakı”nın tarixinə düşdü

Topaz Premyer Liqasının 23-cü turunda vurulan qol “Bakı” üçün yubileylə əlamətdar olub. “İnter”lə qarşılaşmada hesabı açan Aleksandar Şoliç klub tarixinə düşüb. Belə ki, xorvatiyalı legioner paytaxt təmsilçisinin Premyer Liqada 600-cü qolunu vurub.

Ölkə çempionatlarında müxtəlif adlar altında çıxış edən komanda “Polis Akademiyası”, “Dinamo”, “Dinamo-Bakılı” və “Bakı” adları altında keçirdiyi 472 qarşılaşmada 600 qol vurub və 443-nü buraxıb. Bakılılar 340 dəfə öz meydanında, 260 dəfə səfərdə qol sevinci yaşayıb.

Qeyd edək ki, yalnız 4 klub “Bakı”dan çox qol vurub. “Neftçi” 1124, “Qarabağ” 875, “Kəpəz” 849, “Turan” isə 723 dəfə fərqlənib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qəbələ” – “Qarabağ” – CANLI YAYIM

admin

Svanadze: “Gənclərə imkan verdik”

admin

“Mil-Muğan” – “Turan T” görüşünün taleyini 1 qol həll etdi – VİDEO

admin