Ölkə futbolu

“Neftçi” qış yuxusundan oyanır

Digər klublar kimi qış yuxusuna gedən "Neftçi" bu gün bir araya gələcək.

"Ağ-qaralar" klubun təlim-məşq bazasında toplaşacaq. Komanda baş məşqçi Nazim Süleymanovun başçılığı altında saat 15:00-da  ilk məşqini keçirəcək.

Qeyd edək ki, paytaxt klubu yanvarın 12-də Antalyaya yollanacaq. Klub burada 15 gün hazırlıq keçəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43