Kateqoriyasız

“Neftçi” – “Rapid”: satışda bu qədər bilet qalıb

UEFA Konfrans Liqası III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Rapid” görüşünə bilet satışları davam edir.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, oyun üçün satışa çıxarılan biletlərin böyük hissəsi artıq satılıb. Hazırda satışda cəmi minə yaxın bilet qalıb.

“Neftçi” “Rapid”ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43