Kateqoriyasız

“Başakşəhər”in futbolçusu yenidən “Neftçi”də

“Neftçi” ilə icarə müqaviləsi başa çatan Mert Çelik yenidən komandaya qayıdıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqavilə ilə Türkiyənin “İstanbul Başakşehir” klubuna məxsus olan 22 yaşlı müdafiəçi icarə əsasında daha 1 il “ağ-qaralar”da çıxış edəcək. O, 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Mert Çelik 2020-ci ilin sentyabrından “Neftçi”nin heyətində 38 oyun keçirib, 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43