Ölkə futbolu

“Neftçi” rəqibinə 6 qol vurdu

“Neftçi”nin əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

 İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun əvəzediciləri “Sabunçu” ilə qarşılaşıblar. 


“Dalğa Arena”nın ehtiyat meydançasında baş tutmuş görüşdə “ağ-qaralar” 6:0 hesabı ilə qalib gəlib. Qollardan ikisini Bahadur Həziyev vurub. Ruzigar İbrahimzadə, Vüsal Hüseynov, Orxan Sabirbəyli və Əli Şirinov isə hərəyə bir dəfə fərqləniblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43