Ölkə futbolu

Sabiq “Simurq”lu Özbəkistan klubunda

“Simurq”un sabiq serbiyalı futbolçusu Draqan Çeran yeni klubu ilə anlaşıb.

İdmanxeber.com-un məlumatına görə, 28 yaşlı oyunçu karyerasını Özbəkistanın “Nasaf” klubunda davam etdirəcək.

Çeran adıçəkilən klubla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Draqan Çeran 2013-2015-ci illərdə “Simurq”un şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43