Ölkə futbolu

“Trabzonspor” Şeydayevin alternativini göndərir

Yeni mövsümdən “Trabzonspor”un hücum xəttində yer alacaq Ramil Şeydayevin rəqibi və alternativi sayılan digər forvard Oskar Kardozo komandadan ayrılır.

İdmanxeber.com-un məlumatına görə, 35 yaşlı paraqvaylı futbolçu özü bu barədə klub rəsmilərinə bildirib.

Təcrübəli oyunçunun artıq alıcısı da məlumdur. Onunla hazırda İspaniya La Liqasının komandası olan “Malaqa” danışıqlar aparır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43