İdman

“Neftçi” rəsmisi azakeşlərin şüarlarına görə işdən qovuldu

"Neftçi" klubunun azarkeşlərlə iş üzrə koordinatoru Kənan Hənifəyev işindən qovulub.

İdmanxeber.com-un məlumatına görə, o, bu gün tutduğu vəzifədən azad edilib. Buna səbəb "Neftçi" azarkeşlərinin "Sumqayıt"la oyunda (2:0) "istefa" şüarları səsləndirməsi olub.

Qeyd edək ki, 2:0 hesabı ilə başa çatan "Sumqayıt" – "Neftçi" matçında "ağ-qaralar"ın azarkeşləri rəhbərliyə qarşı "istefa" şüarları səsləndirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43