Kateqoriyasız

“Neftçi” rəsmisi azarkeşlərə xəbərdarlıq etdi: “Ora gedəcək azarkeş…”

"Biz ümumiyyətlə ötən mövsümün sonlarından heç bir səfər matçına azarkeş aparmırıq. Yalnız gedənlər azad azarkeş qrupları olur.  Buna görə də, bu dəfə də Lənkəran səfərinə heç bir azarkeş aparmayacağıq".

Bu sözləri İdmanxeber.com saytına açıqlamasında “Neftçi” klubunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib.

Klub rəsmisi bildirib ki, Lənkərana özləri gedəcək azarkeşlərə isə cavabdehlik daşımayacaqlarını bildirib:

"Biz "Neftçi" klubu olaraq hər zaman azarkeşlərimizin yanındayıq. Ora gedən fanat hər şeyi göz önünə almalıdı. Biz heç kimi səfər matçlarına aparmırıq. Ora gedəcək azarkeşlər də məsuliyyətini daşımalıdı. Biz insident istəmirik. Bundan öncə də azarkeşlərimizi yanında olmuşuq. İndi də, belıə olacaq. Sadəcə yenədeyirəm, biz səfər oyununa azarkeş aparmırıq və ora gedəcək hər bir azarkeş öz məsuliyyətini daşımalıdı".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43