Kateqoriyasız

“Neftçi” rəsmisi “Old Trafford”da

İngiltərənin Mançester şəhərində Avropa Klublar Assosiasiyasının (ECA) “Marketinq və Kommunikasiya üzrə İşçi Qrupu”nun ilk iclası təşkil olunacaq.

İdmanxeber.com-un “Neftçi”nin rəsmi saytına istinadən məlumatına görə, işçi qrupunun sədri Ed Vudvardın adından kluba ünvanlanmış məktubda paytaxt təmsilçisinin icraçı direktoru Elnur Məmmədovun iclasa dəvəti öz əksini tapıb.

Klub rəsmisi adıçəkilən tədbirə qatılmaq üçün bu gün İngiltərəyə səfər edib. İclas sabah “Old Trafford” stadionunda baş tutacaq. İşçi qrupunun üzvləri arasında “Real”, “Milan”, “Bavariya”, “Arsenal” kimi klubların nümayəndələri də var.

Qeyd edək ki, bir müddət əvvəl Avropa Klublar Assosiasiyasının İcraiyyə Komitəsi 2015-2017-ci illər üçün 5 işçi qrupunun tərkibini seçərək təsdiq etmişdi. ECA-nın “Marketinq və Kommunikasiya qrupu”nda “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov da yer almışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43