Premyer Liqa

“Neftçi” Tira ilə bağlı qərarını açıqladı

“Neftçi” rumıniyalı hücumçusu Katalin Tira ilə bağlı qərarını verib. 

İdmanxeber.com xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

Paytaxt təmsilçisi Topaz Premyer Liqasının IX turunda “Qarabağ”la keçirilən dünənki qarşılaşmanın sonlarında azarkeşi vurmağa cəhd edən Tiranı məşqlərdən kənarlaşdırıb.
“Neftçi” rəhbərliyi və məşqçilər heyəti futbolçunun komandadakı statusu ilə bağlı yekun qərarı yaxın müddətdə qəbul edəcək.

Qeyd edək ki, komandanın baş məşqçisi Elxan Abdullayev dünən oyundan sonrakı mətbuat konfransında futbolçunu komandadan qovacaqlarını bildirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43