Ölkə futbolu

“Neftçi” və “Qarabağ” azarkeşləri klublarını ziyana saldılar

Bu gün AFFA İntizam Komitəsinin nöbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, İK 24-cü turda baş vermiş qayda pozuntularına hüquqi qiymət verib. Turun mərkəzi görüşü olan “Neftçi” – “Qarabağ” matçının 1-ci dəqiqəsində qonaq klubunun, oyunun 62-ci dəqiqəsində isə meydan sahibi komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klublar 2000 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43