20 Oktyabr 2021
Maqazin

“Neftçi” və “Qarabağ” azarkeşlərinə cinayət işi açıldı

Azərbaycan Premyer Liqasının 23-cü turunda “Neftçi” – “Qarabağ” oyunundan  sonra baş verən insidentlə bağlı cinayət işi açılıb.

Bu barədə APA-ya Nizami Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, fevralın 19-da “Bakcell Arena” stadionunda keçirilən “Neftçi” – “Qarabağ” matçından sonra hər iki klubun azarkeşləri arasında baş verən insidentlə bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Sonradan isə  əməl Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və zor tətbiq etmə ) maddəsinə tövsif olunub.

Hazırda  Bakı  Şəhər Prokurorluğu tərəfindən ibtidai istintaq aparılır.

Qeyd edək ki, oyun 1:0 hesabı ilə “Qarabağ” komandasının qələbəsi ilə bitib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Ronaldonun bu şəkili “instagram”da rekord qırır

admin

FIFA və AFFA prezidentləri görüşüb

admin

Ronaldonu hələ belə aldatmamışdılar (VİDEO)

admin