İdman

“Neftçi” və “Zirə”nin ciddi itkiləri

Fevralın 24-ü, Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində səfərdə 2Neftçi”nin qonağı olacaq “Zirə”də bir çox itkilər var.

İdmanxeber.com-un məlumatına görə, əvvəla qəsəbə təmsilçisi matç zamanı baş məşqçisindən ayrı qalacaq. “Qəbələ” ilə matçda məlum səbəblər ucbatından cəza alan baş məşqçi Ayxan Abbasov “Neftçi” ilə görüşü tribunadan izləmək məcburiyyətində qalacaq. Bununla belə, Ayxan Abbasov kənarda tək oturmayacaq. Həmin görüşdə dava səbəbindən cəzalanan Riçard Qadze və Saido Tounkara da “Neftçi” ilə qarşılaşmanı tribunadan seyr edəcək. Sarı vərəqə limitini dolduran Milan Duraç də “Zirə”yə kömək edə bilməyəcək.

“Ağ-qaralar”da da vəziyyət bir o qədər ürəkaçan deyil. Zədəsi davam edən Məhəmməd Mirzəbəyovla Elnur Cəfərov “Zirə”yə qarşı meydanda olmayacaq. “Sumqayıt”la matçda azarkeşləri təhqir edərək cəzalı duruma düşən Rəşad Sadiqov da bu matçda forma geyinə bilmiyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43