Ölkə futbolu

“Neftçi” “Zenit”dən futbolçu transfer etdi – RƏSMİ

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının və Rusiyanın “Zenit” klubunun üzvü Elvin Bədəlovun “Neftçi”yə keçidi ilə bağlı iki klub arasında aparılan danışıqlar müsbət nəticələnib.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçunun transferi ilə bağlı “Neftçi” və Rusiyanın “Zenit” klubları arasında rəsmi müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43