İdman

“Neftçi” “Zirə” ilə matça onsuz çıxacaq

Premyer Liqasının XXVII turunda “Zirə” ilə qarşılaşacaq “Neftçi” oyunun hazırlıqlarını davam etdirir.

“Ağ-qaralar” vacib matça tam heyətlə hazırlaşa bilmir. Belə ki, komandanın aparıcı müdafiəçisi Kiril Petrov zədə səbəbindən kolletivlə birgə çalışmır. Onun “Zirə” ilə matçda iştirak etməyəcəyi dəqiqdir.

Qeyd edək ki, “Zirə” – “Neftçi” oyunu aprelin 23-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43