Ölkə futbolu

“Neftçi”də “Böyük oyun” öncəsi böyük “?”

Şənbə günü "Xəzər Lənkəran"la prinsipial matça çıxacaq "Neftçi" "Böyük oyun"un hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun hücumçusu Bahodir Nasimovun bu oyunda meydana çıxıb-çıxmayacağı sual altındadı.

Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, özbəkistanlı forvardın zədəsi var və oyun günü onun "Xəzər Lənkəran"a qarşı oynayıb-oynamayacağı bəlli olacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43