Ölkə futbolu

“Neftçi”də “əfv fərmanı”: Qaytarıldı!

“Neftçi”də əvəzedici heyətə göndərilmiş Rəşad Sadiqov geri çağırılıb.

İdmanxeber.com-un məlumatına görə, məşqçilər korpusunun qərarına əsasən kapitan əsas komandayla birgə “Bakı”yla aprelin 6-da keçiriləcək vacib oyuna hazırlaşır. 

Onun “Bakı”yla oyunda əsas heyətdə olmasa da, meydana sonradan çıxacağı bildirilir.

Xatırladaq ki, Sadiqov intizamsızlığa görə, əvəzedici heyətə göndərilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43