Ölkə futbolu

“Neftçi”də iməclik: Bir-bir göndərilirlər

“Neftçi” Bruno Bertuççi ilə də yollarını ayırır.

İdmanxeber.com-un məlumatına görə, hazırda Braziliyaya zədəsinin bərpası üçün yollanan futbolçu böyük ehtimalla geri dönməyəcək.

Bertuççiyə ölkəsindən təklif gələcəyi halda “Neftçi” tərəfi həmin komanda ilə danışıqlar aparacaq və razılıq əldə olunacağı halda “solaxay” həmin kluba satılacaq. 

Mövsümün sonunda “Neftçi” ilə müqaviləsi sona çatacaq futbolçunun özü ilə razılıq əldə olunub.

Qeyd edək ki, “Neftçi” Bertuççidən öncə Cavid İmamverdiyevi “Elazığspor”a 1 illik icarəyə vermişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43