Kateqoriyasız

“Xəzər Lənkəran” milyonu keçdi

Topaz Premyer Liqasının IV turunun “İnter”lə oyunu “Xəzər Lənkəran” üçün maraqlı faktla əlamətdar olub. Belə ki, stadionun tribunalarına toplaşan tamaşaçılar ölkə çempionatlarında “ağ-yaşıllar”ın oyunlarını izləyən ümumi tamaşaçı sayında 1 milyonu keçməsi üçün kifayət edib.

İdmanxeber.com-un məlumatına görə, yarışda debüt etdiyi 2004-cü ildən indiyədək 152 ev matçına çıxan komandamızın bu matçlarını  oyun protokollarına əsasən 1 milyon 4 min 677 tərəfdardar izləyib. Baş tutan 152 qarşılaşmadan ikisi boş tribunalar önündə keçirilib. Bu göstəricidə bütün rəqiblərini üstələyən “Xəzər Lənkəran” orta hesabla hər çempionat matçında 6610 azarkeş toplaya bilib.

Qeyd edək ki, 2010/11 mövsümün klubumuzun tarixində tamaşaçı sayında rekordla düşüb. 2005/06 mövsümündə ən aşağı göstəricinin qeydə alınması isə matçların daha az tamaşaçı tutumuna malik Olimpiya kompleksinin stadionunda baş tutması ilə bağlıdır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43