Ölkə futbolu

“Neftçi”də isə tam fərqli bir rəqabət var”

“Neftçi”nin gənc oyunçusu İlham Allahverdiyev Antalya toplanışı əvvəli klubun rəsmi saytına açıqlamalar verib:

“Yenidən doğma komandamın heyətinə qayıtdığım üçün çox şadam. “Qaradağ Lökbatan” klubunda keçirdiyim bir ildə bacardığım qədər özümü inkişaf elətdirdim. “Neftçi”də isə tam fərqli bir rəqabət var. Çempionluğa oynayan komandanın əsas heyətinə düşmək çətin olsa da, yaxın gələcəkdə bunu bacaracaq gücdə olduğumu düşünürəm. Vacib olan odur ki, klub rəhbərliyi və məşqçilər heyəti bizə güvənir və etimad göstərir. Bizə isə yalnız bu etimadı doğrultmaq qalır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43